19 Yanvar 2024, 19:45
FUTBOL
"Bayer Leverkuzen"in müdafiəçisi Odilon Kossonu "Mançester Yunayted"in hədəfinə çevrilib.
Matc.az xəbər verir ki, Fil Dişi Sahili millisinin futbolçusu bu mövsüm uğurlu çıxışı ilə "qırmızı şeytanlar"ın diqqətini çəkib. Mançester təmsilçisi yaxın günlərdə 23 yaşlı oyunçu üçün rəsmi danışıqlara başlayacaq.
Bu mövsüm Kosson "aspirinlər"in heyətində 20 oyun keçirib və 1 qol vurub.