Argentina millisinin baş məşqçisi Lionel Skaloni "İnter Mayami"nin hücumçusu Lionel Messinin karyerası haqda danışıb.
 
Matc.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Messinin daha oynamağa davam edəcəyini bildirib:
 
"Leo özü istədiyi qədər futbol oynayacaq. Xüsusilə oyundan həzz aldığı üçün oynamağa davam edəcəyini düşünürəm.
 
O, özünü belə hiss etdikcə davam etməlidir, çünki bundan sonra xüsusilə onun üçün çətin olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest