Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Haland “Globe Soccer” mükafatını qazanıb. Matc.az  xəbər verir ki, 23 yaşlı forvard 2023-cü ilin ən yaxşı oyunçusu adına layiq görülüb.

Haland Cud  Bellinqem (“Real”), Kərim Benzema (“Əl-İttihad”), Kevin De Bruyne (“Mançester Siti”), Kilian Mbappe (PSJ), Lionel Messi (“İnter Mayami”), Viktor Osimxen (“Napoli”), Məhəmməd Salah (“Liverpul”), Kriştiano Ronaldo (“Əl-Nəsr”), Bernardo Silva (“Mançester Siti”) və Vinisius Juniorla (“Real") mübarizədən qalib ayrılıb.

Qeyd edək ki, 2022-ci ildə bu mükafatı Kərim Benzema qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest