Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun LKS-ə transferi rəsmiləşib. Matc.az xəbər verir ki, Polşa klubu 28 yaşlı müdafiəçini rəsmi saytı vasitəsilə təqdim edib.

“Qarabağ”dan alınan Rahil Məmmədov Polşa yüksək liqa təmsilçisi ilə 1,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, LKS hazırda Polşa Ekstraklasasında 10 xalla sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest