"Bavariya"nın və "Yuventus"un sabiq yarımmüdafiəçisi Duqlas Kosta karyerasını Türkiyədə davam etdirə bilər.
 
Matc.az xəbər verir ki, braziliyalı futbolçu ilə "Samsunspor" yaxından maraqlanır. Tərəflər 2026-cı ilin iyununa qədər nəzərdə tutulan müqavilə şərtlərini şifahi olaraq razılaşdırıblar.
 
33 yaşlı oyunçunun sonuncu komandası oktyabrda tərk etdiyi “Los Anceles Qalaksi” olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest