Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.

Matc.az xəbər verir ki, 27 günlük qış fasiləsi XIX turun matçları ilə başa çatacaq.

III dövrənin ilk oyun günündə bir oyun keçirilib. Günün yeganə matçında “Sabah” “Neftçi”ni qəbul edib.

Ötən mövsümün mükafatçıları arasında Bakı derbisi “Bank Respublika Arena”da təşkil olunacaq. Bu qarşılaşma əcnəbi mütəxəssislərin dueli olacaq. Rusiyalı Murad Musayev və “Neftçi”də debütü rəsmiləşəcək Miodraq Bojoviçin yetirmələri üz-üzə gələcək.

Qeyd edək ki, tura yanvarın 23-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XIX tur
21 yanvar
16:00. “Sabah” – “Neftçi” 0:0 
Baş məşqçi: 
Əliyar Ağayev
“Bank Respublika Arena”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest