“Qəbələ”nin futbolçusu Ahmed Ayzayanın durumuna aydınlıq gəlib.

Matc.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

“Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alan 28 yaşlı nigeriyalı yarımmüdafiəçinin müayinələri onun sağ dizinin iç bağlarının xəsarət aldığını üzə çıxarıb. Bu səbəbdən bərpa prosesi keçən futbolçu 3-4 həftədən sonra komandaya qoşulacaq.

Yarımmüdafiəçi meydana qayıtmağa çalışdığını bildirib: “Zədəmlə əlaqədar reabilitasiya prosesi keçirəm. Gündəlik həkim müayinələrində olub müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest