"Krasnodar" klubu "Kruz Azul" və Kolumbiya millisinin yarımmüdafiəçisi Kevin Kastanyo ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.
 
Matc.az xəbər verir ki, sözləşmə 30 iyun 2028-ci il tarixinədək qüvvədə olacaq.
 
Tərəflər bir neçə həftə əvvəl razılığa gəliblər və bu gün son rəsmiyyətlər həll olunub. Kolumbiyalı yeni klubunda 5 nömrəli forma geyinəcək.
 
Bu mövsüm Kastanyo bütün turnirlərdə 33 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə edib və 9 sarı vərəqə alıb. "Transfermarkt" portalı 23 yaşlı oyunçuya 4 milyon avro qiymət qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest