22 Yanvar 2024, 09:12
FUTBOL
“Barselona”nın hücumçusu Ferran Torres La Liqanın XXI turunda “Betis”lə oyunda 4 qolda yaxından iştirak edib. Matc.az xəbər verir ki, ispanlar forvard 3 qol vurub, digər qolun isə assistini edib.
Torres sonuncu dəfə “Mançester Siti”də olarkən 2021-ci il mayın 14-də “Nyukasl”la görüşdə het-trik etmişdi.
Ferranın aktivində bu mövsüm La Liqada 19 oyunda 7 qol var. O, 2020-21 mövsümündə Premyer Liqadakı qol rekordunu bununla yeniləyib. Bu, forvardın karyerasının ən məhsuldar mövsümü kimi tarixə düşüb.
Qeyd edək ki, “Betis”i 4:2 hesabı ilə məğlub edən “Barselona” 44 xalla 3-cü pillədə qərarlaşır.