Afrika Millətlər Kubokunda qrup mərhələsinin II turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, 2-ci qrupda yer alan Tanzaniya yığması Zambiya ilə qarşılaşıb.

11-ci dəqiqədə Simon Msuvanın qolu sayəsində önə keçən tanzaniyalılar son dəqiqələrdə qələbəni əldən verib – 1:1. Bununla Adel Amruşun yetirmələri qrupda ilk xallarını qazanıblar. Komanda növbəti görüşünü yanvarın 24-də Konqo DR-ya qarşı keçirəcək.

Qeyd edək ki, Tanzaniya martda FİFA tərəfindən Bakıda təşkil ediləcək beynəlxalq turnirdə Azərbaycan millisinin rəqiblərindən biri olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest