Azərbaycan Premyer Liqasında XIX tur davam edir. Matc.az xəbər verir ki, bu gün iki oyun keçiriləcək və daha 4 komanda 2024-cü ildə ilk rəsmi görüşünə çıxacaq.
İlk olaraq “ASCO Arena”da paytaxt derbisi olacaq. Turnir cədvəlinin yuxarı pillələrinə iddia edən “Səbail” ondan cəmi 3 xal öndə olan “Zirə”ni qəbul edəcək. Şahin Diniyevin yetirmələri qələbə qazanacaqları təqdirdə, hazırda eyni xala malik “Neftçi” və “Zirə”yə çatacaq. Çünki “Səbail”in aktivində 26, digərlərində isə 29-du.
Ardından qərb derbisi reallaşacaq. Gəncə şəhər stadionundakı təmirlə əlaqədar “Kəpəz” “Turan Tovuz”u Qəbələdə qəbul edəcək. Gəncəlilər sonuncu pilləyə düşməmək, tovuzlular isə yuxarı sıralardakı rəqiblərə yaxınlaşmaq niyyətindədi. Hazırda “Kəpəz” 14 xalla 9-cu yerdədisə, “Turan Tovuz” 22 xalla 8-ci pillədə qərarlaşır.
Qeyd edək ki, tura ötən gün keçirilən “Sabah” – “Neftçi” (0:0) oyunu ilə start verilib. Digər iki qarşılaşma sabah oynanılacaq.
Premyer Liqa
XIX tur
22 yanvar
15:00. “Səbail” – “Zirə” - 0:0
“Səbail”: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 7. Madi Queta, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Rafael Utziq, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 87. İlqar Əhmədov, 64. Mahmud Ağayev, 9. Vladislav Kulaç, 70. İssa Cibrila
Baş məşqçi: Rəşad Sadıqov
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov
“ASCO Arena”
17:30. “Kəpəz” – “Turan Tovuz” 2:1
Qol: Ayxan Huseynov, 4, Şakir Seyidov, 26
Qırmızı vərəqə: Faiq Hacıyev, 9
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane
Baş məşqçi: Adil Şükürov
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 88. Faiq Hacıyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 18. Budaq Nəsirov, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 21. Aleks Souza
Baş məşqçi: Ayxan Abbasov
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli
Qəbələ şəhər stadionu