“Yuventus”un A seriyasının XXI turunda “Leççe”ni 3:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, bu, Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqrinin İtaliya çempionatında 300-cü qələbəsi olub.

Alleqri A seriyası tarixində bu rəqəmə çatan üçüncü mütəxəssisdi. O, yalnız Covanni Trapattoni (352) və Nereo Rokkodan (302) geri qalır. 56 yaşlı çalışdırıcı əvvəllər “Milan” və “Kalyari”də çalışıb.

Qeyd edək ki, “Yuventus” A seriyasında 52 xalla birinci yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest