“Real” La Liqada doğma meydanda yubiley qələbəsini qazanıb. Matc.az xəbər verir ki, “kral klubu” XXI turda “Almeriya”nı üstələyib - 3:2.

Madrid təmsilçisi üçün bu, “Santyaqo Bernabeu”da 1000-ci qalibiyyət olub. Komandanın La Liqada çərçivəsində bu arenada ümumilikdə 1297 oyunu var. Heç bir La Liqa təmsilçisi hələ ki, bu göstəriciyə çata bilməyib. “Valensiya” “Mestalya”da 906 dəfə (1455 matçda), “Barselona” isə “Nou Kamp”da 889 dəfə (1175 matçda) qalib gəlib.

“Real”a qələbə qazandıran qolu 90+9-cu dəqiqədə Daniel Karvahal vurub. Bu isə “Real” tarixinin ölkə çempionatındakı ən gec qolu olub. Buna qədər rekord 2008-ci ildə “Atletiko” ilə qarşılaşmanın 90+7-ci dəqiqəsində penaltidən fərqlənən Qonsalo İquainə məxsus idi.

Qeyd edək ki, “Real” hazırda 51 xalla La Liqaya başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest