22 Yanvar 2024, 13:01
FUTBOL
İspaniya La Liqasının XXI turunda “Betis”lə qarşılaşan “Barselona” 4:2 hesablı qələbə qazanıb. Matc.az xəbər verir ki, bu görüş kataloniyalılar üçün ikiqat əlamətdar olub.
XXI əsrdə “Barsa”nın heyətində ilk dəfə start heyətində 17 yaşdan aşağı iki futbolçu meydana çıxıb. Bunlar Lamin Yamal və Pau Kubarsidi. Yamal 16 yaş 192 günündə, Kubarsi isə 16 yaş 364 günündə ilk dəqiqələrdən meydanda olub.
Pau Kubarsi 81-ci dəqiqədə əvəzlənibsə, 90 dəqiqəni əvəzedilmədən keçirən Lamin Yamal sonuncu qolun məhsuldar ötürməsini verib.