Niderland Erediviziyasının XVIII turunda “Utrext”in qonağı olan PSV 1:1 hesablı bərabərliklə kifayətlənib. Matc.az xəbər verir ki, bununla Eyndhovenin uğurlu seriyası qırılıb.

Belə ki, PSV cari mövsüm ilk dəfə büdrəyib. Mövsümün ilk 17 matçında ardıcıl qələbələri sıralayan Peter Boşun yetirmələri bu dəfə 1 xalla barışıblar. Nəticədə PSV öz rekordunu yeniləyə bilməyib. Komanda 36 il əvvəl – 1987-88 mövsümündə də ardıcıl 17 qələbədə dayanıb.

Qeyd edək ki, hazırda aktivində 52 xal olan PSV ən yaxın izləyicisi “Feyenord”u 10 xal qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest