22 Yanvar 2024, 14:44
FUTBOL
“Selta” “Nyukasl”ın müdafiəçisi Xavyer Mankilyonu transfer edib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi bunu rəsmi saytı vasitəsilə elan edib.
Bildirilib ki, 29 yaşlı ispaniyalı ilə 1,5 illik müqavilə imzalanıb. Mankilyo 2025-ci ilin yayına kimi yeni komandasına məxsus olacaq.
Qeyd edək ki, Xavyer Mankilyo 2017-ci ildən bəri “Nyukasl”da çıxış edib. O, “Atletiko”, “Marsel” və “Liverpul” kimi klubların formasını geyinib.