“Zirə” ciddi itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, hücumçu Rüstəm Əhmədzadə sıradan çıxıb. Milli komandamızın üzvü Premyer Liqanın XIX turunda “Səbail”lə görüşdə sıradan çıxıb. Qarşılaşmada əvəzləmədən meydana çıxan 23 yaşlı ön xətt oyunçusu 85-ci dəqiqədə rəqiblə top uğrunda mübarizə zamanı xəsarət alıb.
“Zirə” ciddi itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, hücumçu Rüstəm Əhmədzadə sıradan çıxıb.
Milli komandamızın üzvü Premyer Liqanın XIX turunda “Səbail”lə görüşdə sıradan çıxıb. Qarşılaşmada əvəzləmədən meydana çıxan 23 yaşlı ön xətt oyunçusu 85-ci dəqiqədə rəqiblə top uğrunda mübarizə zamanı xəsarət alıb. Nəticədə o, İlkin Muradovla əvəzlənib.
Qeyd edək ki, hazırda son dəqiqələri gedən matçda hesab açılmayıb.