22 Yanvar 2024, 18:07
FUTBOL
PSJ-nin hücumçusu Qonçalo Ramos ağır qastroenterit xəstəliyindən əziyyət çəkib. Matc.az xəbər verir ki, o, bu səbəbdən bir neçə kiloqram arıqlayıb.
Paris klubunun tibb işçiləri xəstəliyin şiddətindən təəccüblənib. PSJ “Benfika”nın köməyi ilə portuqaliyalı hücumçunu müalicə alması üçün Lissabonda qastroenteroloqların yanına göndərib. Forvard xəstəliyindən sonra daha 10 gün məşq edə bilməyib, nəticədə əzələ kütləsi azalıb və yenidən forma yığmağa məcbur olub.
Qeyd edək ki, 22 yaşlı oyunçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 20 matç keçirib, 5 qol vurub.