Fransanın iki klubu “Vest Hem”in və Əlcəzair millisinin hücumçusu Mohamed Said Benrahmla maraqlanır. Matc.az xəbər verir ki, “Marsel” və “Lion” 28 yaşlı forvard uğrunda mübarizə aparır.

Hər iki klub Benrahm üçün tələb olunan 23,5 milyon avronu ödəməyə hazırdı. “Vest Hem” ona hansı komandaya keçmək istədiyinə müstəqil qərar verməyə imkan yaradacaq.

Qeyd edək i, Mohamed Benrahm 2020-ci ildən “Vest Hem”də çıxış edir. Onun londonlularla müqaviləsi 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest