İtaliya millisi tarixinin bombardiri Luici Riva infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Matc.az xəbər verir ki, 79 yaşlı Riva Kalyaridə evdə olarkən yıxılıb.

Sabiq futbolçunun oğulları onu xəstəxanaya aparıblar. Lakin xəstəxanada onun həyatını xilas etmək mümkün olmayıb. Yerli futbol federasiyası onun ürəktutmasından vəfat etdiyini açıqlayıb.

Qeyd edək ki, Riva 1965-1974-cü illərdə İtaliya millisinin heyətində 42 oyunda 35 qol vurub. O, eyni zamanda 207 qolla “Kalyari” tarixinin də bombardiridi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest