“Uypeşt”in yarımmüdafiəçisi Matiya Lyuyiç Azərbaycana qayıda bilər. Matc.az xəbər verir ki, bu barədə “csakfoci.hu” saytı məlumat yayıb.

Bildirilib ki, daha əvvəl “Səbail”də oynayan serbiyalı futbolçu ötən ilin yayında qayıtdığı Budapeşt təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkir. Bu üzdən 30 yaşlı oyunçu komandadan ayrılmağa yaxındı. Onun adı açıqlanmayan Azərbaycan Premyer Liqası klublarından birinə keçidi real görünür.

Qeyd edək ki, Matiya Lyuyiç 2022-23 mövsümünün ikinci yarısını icarə əsasında “Səbail”də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest