Avropa Superliqasının sahibi olan “A22 Sports Management”in qurucularından olan Anas Laqrari 50 klubla danışıqlar aparıldığını bildirib. Matc.az xəbər verir ki, o, həmin komandalardan 20-nin “hə” cavabını verdiyini deyib:

“Onların adlarını çəkə bilmərəm, çünki ifşa etmək istəmirəm. Dekabrın 21-dən bəri təxminən 50 fərqli klubla danışdıq. Onlardan 20-yə yaxını layihəyə çox həvəslidi. Yarışa başlamaq üçün artıq kifayət qədər klubumuz var”.

Qeyd edək ki, Avropa Superliqasına “Real”, “Barselona” və “Yuventus” klublarının rəhbərləri başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest