Braziliya millisinin sabiq yarımmüdafiəçisi Duqlas Kosta Braziliyaya köçüb. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu “Fluminense”yə keçib.

Hücumameyilli oyunçu və onun nümayəndələri Braziliya klubunun rəhbərliyi ilə müqaviləyə razılaşıblar. Kosta yeni komandaya keçməzdən əvvəl tibbi müayinədən keçməlidi.

Qeyd edək ki, Duqlas Kostanın son klubu Amerikanın “Los Anceles Qalaksi” komandası olub. O, karyerası ərzində “Qremio”, “Şaxtyor”, “Bavariya” və “Yuventus”da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest