“Yuventus”un hücumçusu Moyze Kin uğrunda mübarizə qızışır. Matc.az xəbər verir ki, “Atletiko”dan sonra indi də “Bayer” İtaliya millisinin üzvünün xidmətində maraqlıdı.

Madridlilər 23 yaşlı forvardı icarəyə götürmək istəyirsə, leverkuzenlilər onu birdəfəlik transfer etməyi planlaşdırır. Almaniya klubunun nümayəndələri qarşı tərəflər artıq əlaqə saxlayıb. Danışıqlar ilkin mərhələdədi. Turin təmsilçisi yaxın vaxtlarda Kinin gələcəyi ilə bağlı yekun qərarı verəcək.

Qeyd edək ki, Moyze Kin 2010-2019-cu illərdə “Yuventus”da çıxış edib. O, bu mövsüm turinlilərin heyətində 12 oyun keçirib. Kinin İtaliya klubu ilə müqaviləsi gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest