"Brayton"un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında keçirdiyi matç sayısına görə ikinci pilləyə yüksəlib.
 
Matc.az xəbər verir ki, “Vulverhempton”la 21-ci tur görüşü (0:0) onun turnirdəki 633-cü oyunu olub. Bu göstəriciyə görə o, Rayan Giqqsi (632) qabaqlayır. Rekordçu isə 653 matç keçirən Qaret Barridir.
 
38 yaşlı yarımmüdafiəçi Premyer Liqada debütünü 2002-ci ilin noyabrında edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest