Minifutbol üzrə Azərbaycan çempionatında VII tur start götürüb. Matc.az xəbər verir ki, ilk gündə 4 görüş olub.

Turnirin favoritləri “Zirə” və “Birbaşa Bakı” rəqiblərinin qapısından 7 cavabsız top keçiriblər. “Zirə” bununla itkisiz yoluna davam edir.

Turun “Dinamo Gəncə” – “Real Bakı”, “Qalaxy Bakı” – “İnter”, “Siyəzən” – “Atəşgah Suraxanı” və “Aznur” – “Abşeron” oyunları bu gün keçiriləcək.

Azərbaycan çempionatı
VII tur

“Dirçəliş” – “Birbaşa Bakı” 0:7
“Veteran” – “Odlar Yurdu” 0:3
“Zirə” – “Baku Fire” 7:0
“Turan” – “Sumqayıt” 2:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest