“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” heyətinə yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, Portuqaliya klubu PSJ-nin yarımmüdafiəçisi Şer Ndurla güclənib.

Portuqaliya təmsilçisi 19 yaşlı oyunçunu mövsümün sonuna qədər icarəyə götürüb. Tərəflər keçiddə artıq ortaq məxrəcə gəliblər. Futbolçu yaxın günlərdə tibbi müayinədən keçərək rəsmi müqavilə imzalayacaq.

Şer Ndur PSJ-yə ötən ilin yayında “Benfika”dan keçib. Yarımmüdafiəçi bu mövsüm cəmi 4 oyun keçirib, 1 qol vurub. Onun parislilərlə müqaviləsi 2028-ci ilin yayına qədərdi.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest