Azərbaycan Premyer Liqasında XIX turun oyunları bir neçə futbolçu üçün düşərsiz olub. Matc.az saytı xəbər verir ki, konkret olaraq 7 oyunçu ilin ilk görüşlərinin ardından cəzalı duruma düşüb.

“Kəpəz”lə matçda birbaşa qırmızı vərəqə alan “Turan Tovuz”un oyunçusu Faiq Hacıyev 1 və ya 2 oyunu buraxmalı olacaq.

Ondan başqa, Yadin Luqasi (“Səbail”), Georgi Papunaşvili (“Kəpəz”), Julio Romao (“Qarabağ”), Abdulla Rzayev (“Araz-Naxçıvan”), Lukas Afriko (“Qəbələ”) və Səbuhi Abdullazadə (“Sumqayıt”) 4 sarı vərəqə limitini doldurublar. Romao hətta ikinci dəfə bu durumla üzləşib. Çünki bu, braziliyalının mövsümdə 8-ci sarı vərəqəsi olub.

Adları sadalanan futbolçuların hər biri Premyer Liqada XX turun oyunları buraxmalı olacaq. Həmin turun görüşləri yanvarın 26-28-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest