24 Yanvar 2024, 12:21
FUTBOL
Fələstin millisi Asiya Kubokunda tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Matc.az xəbər verir ki, Makram Dabubun yetirmələri qrup mərhələsinin son turunda Honkonqu 3:0 hesabı ilə məğlub edib.
Fələstin qrupu 3-cü pillədə başa vursa da, 4 xal toplayaraq, ən yaxşı üçüncülərdən biri kimi 1/8 finala yüksəlib. Növbəti mərhələdəki rəqib hələlik bəlli deyil.
Qeyd edək ki, Asiya Kubokunda 1/8 finala yanvarın 28-də start veriləcək.