“Tvente”nin hücumçusu Manfred Uqalde tezliklə Moskva “Spartak”ına keçə bilər. Matc.az xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar son mərhələdədi.

Bu keçid Niderland təmsilçisinə rekord gəlir qazandıra bilər. Belə ki, bonuslar da daxil olmaqla rusiyalılar qarşı tərəfə 14 milyon avro təklif edib. Bu isə Duşan Tadiçin 2014-cü ildə “Sauthempton”a keçidi zamanı qazanılan məbləğdən yüksəkdi. “Tvente”nin 4 milyon avroya “Lommel”dən aldığı Kosta-Rika millisinin üzvü özü də “Spartak”a keçmək istəyindədi.

Qeyd edək ki, 21 yaşlı forvard bu mövsüm 25 oyunda 9 qol vurub, 7 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest