Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Braqa” itki ilə üzləşə bilər. Matc.az xəbər verir ki, Portuqaliya klubunun hücumçusu Alvaro Djalo təklif alıb. 24 yaşlı forvardı Rusiya təmsilçisi “Krasnodar” heyətinə qatmaq niyyətindədi.
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Braqa” itki ilə üzləşə bilər. Matc.az xəbər verir ki, Portuqaliya klubunun hücumçusu Alvaro Djalo təklif alıb.
24 yaşlı forvardı Rusiya təmsilçisi “Krasnodar” heyətinə qatmaq niyyətindədi. Premyer Liqa klubu transferin reallaşması üçün portuqaliyalılarla danışıqları sürətləndirib. “Braqa” bu transferdən təxminən 12-15 milyon avroluq gəlir əldə etməyi planlaşdırır. “Krasnodar” da həmin məbləği ödəməyə hazırdır.
“Braqa”nın yetirməsi olan Alvaro Djalo 2022-ci ildən əsas komandada çıxış edir. Qvineya-Bissau əsilli forvard bu mövsüm bütün turnirlərdə 29 oyunda 13 qol vurub, 3 assis edib.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.