“Betis”in hücumçusu Borxa İqlesias tezliklə “Bayer”in futbolçusu olacaq. Matc.az xəbər verir ki, klublar bu keçidlə bağlı razılığa gəliblər.

Anlaşmaya əsasən, 31 yaşlı forvard mövsümün ikinci dövrəsini icarə əsasında Bundesliqanın liderində keçirəcək. “Bayer”in onu 8 milyon avroya birdəfəlik transfer etmək hüququ olacaq.

Qeyd edək ki, Borxa İqlesias 2020-ci ildən La Liqa klubunda çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib, 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest