24 Yanvar 2024, 16:55
FUTBOL
“Atalanta” mərkəz müdafiəçisi Corcio Skalvini ilə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilib ki, İtaliya millisinin üzvü Top-klubların maraq dairəsində olsa da, klubu transferə razılıq verməyib. 20 yaşlı müdafiəçi A seriyası təmsilçisi ilə sözləşmə müddətini 2028-ci ilin yayına qədər uzadıb. Skalvininin maaşı ildə 1,5 milyon avro olacaq.
Daha əvvəl Skalvini ilə “Bavariya”, “Real”, “İnter”, “Mançester Yunayted” və PSJ maraqlanırdı.
Qeyd edək ki, Corcio Skalvini bu mövsüm “Atalanta”nın heyətində bütün turnirlərdə 24 oyun keçirib. Onun komandası hazırda 33 xalla A seriyasında 5-ci pillədə qərarlaşır.