24 Yanvar 2024, 17:46
FUTBOL
İcarə əsasında “Xetafe”də çıxış edən “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud yayda “Barselona”nın futbolçusu ola bilər. Matc.az xəbər verir ki, kataloniyalılar 22 yaşlı ön xətt oyunçusu ilə maraqlanır.
Hazırda Qrinvud bir neçə klubun gündəmindədi. Ancaq “Barselona” bu mübarizədə daha şanslı hesab olunur. Premyer Liqa təmsilçisi də futbolçusunu mövsümün sonunda satmağa müsbət yanaşır.
Qeyd edək ki, Meyson Qrinvud bu mövsüm bütün turnirlərdə 19 oyun keçirib, 5 qol, 4 assistlə yadda qalıb. Onun transfer dəyəri 7,5 milyon avroya bərabər göstərilir.