24 Yanvar 2024, 18:28
FUTBOL
Yaponiya yığması Asiya Kubokunun qrup mərhələsinin 3-cü turunda İndoneziya yığmasına 3:1 hesabı ilə qalib gəlib.
Matc.az xəbər verir ki, meydan sahiblərinin heyətində 6-cı (penalti) və 52-ci dəqiqədə Ayase Ueda dubl edib. Castin Hubnerin avtoqolu komandasının üstünlüyünü artırıb. Qonaqların heyətində Sandi Uolş topu 90+1-də tora göndərib.
Yaponiya D qrupunda (6 xal) 2-ci olub və turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. İndoneziya 3 xalla 3-cü yerdədir, bu komanda qrupda 3-cü yeri tutanlar arasından ən yaxşı komandalardan biri kimi yarışın növbəti mərhələsinə vəsiqə qazana bilər.