“Neftçi” müdafiə xəttindəki problemi yoluna qoymaq üçün axtarışını davam etdirir. Matc.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa klubu həmin ölkənin milli komandasının üzvü Rüstəm Aşurmatova “elçi düşüb”.

Xəbərdə vurğulanıb ki, “ağ-qaralar” hazırda milli ilə Asiya Kubokunda çıxış edən 27 yaşlı futbolçunun çıxışını diqqətlə izləyir. Ancaq onu “Rubin”dən transfer etmək asan olmayacaq. Çünki Aşurmatovun Rusiya komandası ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədi.

“Neftçi” bu transferi həyata keçirərsə, Mark Tamaşın yayda gedişinə razılıq verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest