25 Yanvar 2024, 13:09
FUTBOL
İtaliyalı mütəxəssis Fabio Kapello cari mövsüm Çempionlar Liqasının (ÇL) favoritlərini açıqlayıb. Matc.az xəbər verir ki, 77 yaşlı məşqçinin fikrincə, “Mançester Siti” bu titulu ardıcıl ikinci dəfə qazanmağa daha yaxındı.
Kapello Kevin De Bruyneli “şəhərlilər”in çıxışına heyran olduğunu bildirib:
“Əgər favoritlərdən danışırıqsa, iki klubun adını çəkmək olar. Təbii ki, bunlar “Mançester Siti” və “Real”dı. “Şəhərlilər”in lideri Kevin De Bruyne geri qayıdıb. O, həmişə fərq yaradan oyunçudu. Belçikalı ən çətin anda fövqəladə nəsə fikirləşə bilən və çətin vəziyyətdə çıxış yolu tapan oyunçudu”.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 finalında “Mançester Siti” “Kopenhagen”lə, “Real” isə “Leypsiq”lə qarşılaşacaq.