“Deloitte” audit şirkəti 2022-23 mövsümündə ən çox gəlir əldə edən klubların adlarını açıqlayıb. Matc.az xəbər verir ki, “Real” siyahıya başçılıq edir. Ümumilikdə reytinqdə yer alan klublar 10,5 milyard avro qazanıb ki, bu da 2021-22 mövsümündəki 9,2 milyard avrodan 14 faiz çoxdu.

“Deloitte” audit şirkəti 2022-23 mövsümündə ən çox gəlir əldə edən klubların adlarını açıqlayıb. Matc.az xəbər verir ki, “Real” siyahıya başçılıq edir.

Ümumilikdə reytinqdə yer alan klublar 10,5 milyard avro qazanıb ki, bu da 2021-22 mövsümündəki 9,2 milyard avrodan 14 faiz çoxdu.

“Real” 2017-18 mövsümündən bəri ilk dəfə 831 milyon avroluq rekord gəlirlə birinci yeri tutub.

 

1. “Real” (831,4 milyon avro)

2. “Mançester Siti” (825,9 milyon)

3. PSJ (801,8 milyon)

4. “Barselona” (800,1 milyon)

5. “Mançester Yunayted” (745,8 milyon)

6. “Bavariya” (744 milyon)

7. “Liverpul” (682,9 milyon)

8. “Tottenhem” (631,5 milyon)

9. “Çelsi” (589,4 milyon)

10. “Arsenal” (532,6 milyon)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest