“Fənərbaxça”nın yarımmüdafiəçisi Sebastyan Şimanski karyerasını Top-klubda davam etdirə bilər. Matc.az xəbər verir ki, Polşa millisinin üzvü “böyük beşlik” ölkələrində bir neçə klubun diqqət mərkəzinə düşüb.

24 yaşlı yarımmüdafiəçinin parlaq çıxışına “Real Sosyedad”, “Napoli”, “Tottenham” və “Arsenal” kimi klublar biganə qalmayıblar. Şimanskinin oyunlarını izləyən adıçəkilən komandalar ən geci mövsümün sonunda onu heyətinə qatmaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, Sebastyan Şimanskinin “Fənərbaxça” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest