“Neftçi” Premyer Liqanın XX turunda “Qəbələ” ilə keçiriləcək oyunun hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, qarşılaşma öncəsi paytaxt təmsilçisinin heyətlə bağlı problemləri var.

Vinger Kilan Lebon müalicəsini davam etdirir. O, hazırda fərdi məşqlərlə kifayətlənir. Yarımmüdafiəçi Ataa Caber isə Asiya Kuboku matçları ilə bağlı Pələstin yığmasının düşərgəsindədi.

Bir müddət zədədən əziyyət çəkən yarımmüdafiəçi Qara Qarayev kollektivlə birgə məşqlərə qoşulub. Müdafiəçi Azər Əliyev və vinger Reziuan Mirzov isə fərdi və qismən komanda ilə hazırlıqlarda iştirak edir.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu yanvarın 28-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest