Dortmund “Borussiya”sının vingeri Covanni Reyna klubdan ayrılmağa yaxındı. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu artıq iki klubla danışıq aparır.

Konkret olaraq “Marsel” və “Nottingem Forest” onu heyətinə qatmaq uğrunda mübarizə aparır. Maraqlıdı ki, hər iki klubun şərtləri oyunçunun menecerini qane edib. Ancaq hələlik “Borussiya” müsbət cavab verməyib. Dortmund təmsilçisi Reynanı icarəyə vermək yox, birdəfəlik satmaq barədə düşünür.

Qeyd edək ki, Covanni Reyna 2019-cu ildən “Borussiya”da çıxış edir. Onun klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest