Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının yeni prezidenti seçilib. Matc.az xəbər verir ki, o, bu gün baş tutan səsvermədə yeganə namizəd olub.

Səsvermədə ümumilikdə 93 nəfər iştirak edib. 47 yaşlı mütəxəssis özü bitərəf mövqe tutub. Digərləri isə ona səs verib.

Qeyd edək ki, assosiasiyanın əvvəlki prezidenti hazırda istintaq təcridxanasında olan Andrey Pavelko idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest