“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Portuqaliya klubunun vingeri Bruma sıradan çıxıb.

29 yaşlı oyunçunun sağ dizindən xəsarət aldığı bildirilib. Yanvarın 29-da əməliyyat olunacaq Bruma təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdi ki, aparıcı futbolçu “Qarabağ”la hər iki qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest