“İnter”in hücumçusu Lautaro Martinesin gələcək taleyi qeyri-müəyyən olaraq qalır. Matc.az xəbər verir ki, argentinalı forvardın meneceri Alexandro Kamano “neradzurra” ilə yeni müqavilədə hələ də ortaq məxrəcə gəlmədiklərini söyləyib:

“Lautaro yüksək səviyyədə oynayır. Razılığa gəlmək asan deyil, bir çox aspektləri müzakirə etmək lazımdı. Bu günə kimi “İnter”lə anlaşma əldə olunmayıb. Bununla belə, biz sakitliyimizi qoruyuruq və klub rəhbərliyi ilə yeni danışıqlara hazırlaşırıq. Hələ çox vaxtımız var. Lautaro indi bütün diqqətini A seriyasına və Çempionlar Liqasına yönəldib”.

Qeyd edək ki, Lautaro Martines 2018-ci ildən “İnter”in formasını geyinir. Bu mövsüm bütün turnirlərdə 26 oyunda 20 qol vuran forvardın Milan klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest