26 Yanvar 2024, 09:44
FUTBOL
“Bavariya” cinah müdafiəçisi axtarışını davam etdirir. Matc.az xəbər verir ki, Kiran Trippierin keçidini reallaşdıra bilməyən almanlar diqqəti “Qalatasaray”ın müdafiəçisi Saşa Boeyə yönəldib.
Artıq fransalı üçün ilkin təklif göndərilib. Bundesliqa təmsilçisi türklərə 15 milyon avro və əlavə bonuslar təklif edib. Ancaq “Qalatasaray” daha yüksək məbləğ qazanmağı hədəfləyir. Tərəflər danışıqları İstanbulda davam etdirəcək. “Cim-bom” 23 yaşlı oyunçusunun gedişindən 20-25 milyon avro qazanmaq istəyir.
Qeyd edək ki, Saşa Boe 2021-ci ilin yayından “Qalatasaray”da çıxış edir. Onun Superliqa təmsilçisi ilə müqaviləsi gələn ilin yayına qədərdi.