26 Yanvar 2024, 10:22
FUTBOL
“Mançester Yunayted” qış “transfer pəncərəsi”ndə yeni futbolçu almağı planlaşdırmır. Matc.az xəbər verir ki, buna səbəb İngiltərə klubunun transfer feyr-pleyində problemlərin olmasıdı.
“Qırmızı şeytanlar” hətta futbolçuları icarəyə də götürməyi düşünmür. Premyer Liqa təmsilçisi üçün bu cür məhdudiyyətlər onların maliyyəsinin mənfəət və davamlı inkişaf qaydaları ilə ciddi şəkildə məhdudlaşdırılması ilə bağlıdı. Maliyyə qaydalarını pozmaq isə klubun xallarının silinməsinə gətirib çıxara bilər. “Mançester Yunayted” rəhbərliyi də bundan çəkinir.
Qeyd edək ki, “mankunianlar”ın transfer balansı hazırda mənfidi (-147 milyon avro). Halbuki Premyer Liqanın qaydaları yalnız 120 milyon avro limitə çatmağa imkan verir.