26 Yanvar 2024, 10:51
FUTBOL
“Barselona”nın müdafiəçisi Aleks Balde üçün mövsüm başa çata bilər. Matc.az xəbər verir ki, buna səbəb gənc oyunçunun zədədən əziyyət çəkməsidi.
O, İspaniya Kral Kubokunda “Atletik”ə 2:4 hesabı ilə uduzduqları görüşdə xəsarət alaraq əvəzlənib. Klubun tibb xidməti futbolçunun əməliyyat olunmalı və ya konservativ müalicəyə riayət etməli olduğunu müzakirə edir. Balde əlavə müayinələrdən keçəcək. 20 yaşlı oyunçu əməliyyat olunsa, mövsüm onun üçün başa çatacaq.
Qeyd edək ki, Aleks Balde bu mövsüm La Liqada 18 oyun keçirib.