“Mançester Siti”nin hücumçusu Erlinq Haland daha bir neçə oyunu buraxmalı olacaq. Matc.az xəbər verir ki, bunu baş məşqçi Pep Qvardiola açıqlayıb.

O bildirib ki, norveçli forvard İngiltərə Kubokunun 1/16 finalında bu gün “Tottenhem”lə keçiriləcək görüşdə iştirak etməyəcək.

“O, hələ də hazır deyil, amma qayıtmağa yaxındı. Əbu-Dabidəki təlim-məşq toplanışımız yaxşı keçdi. Erlinq son günlər Mançesterdə məşq edir. Amma hələ tam yaxşı deyil”.

Qeyd edək ki, Haland ayağındakı əzələ qopması səbəbindən dekabrın əvvəlindən oyunlarda iştirak etmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest