Ferlan Mendi gələcəyi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, fransalı müdafiəçi “Real”dan ayrılmağı düşünmür.

28 yaşlı oyunçu bir neçə təklif alsa da, fikrini dəyişmir. O, 2025-ci ilin yayındadək olan müqaviləsinə sadiq qalmaq niyyətindədi. “Real” hətta “Bavariya”dan Alfonso Devisi transfer etsə belə, Mendi əsas heyətə düşmək uğrunda mübarizəsini davam etdirəcəkı.

Qeyd edək ki, Ferlan Mendi bu mövsüm La Liqada 11 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest