26 Yanvar 2024, 14:48
FUTBOL
Fil Dişi Sahili millisi Afrika Millətlər Kubokunun pley-off mərhələsinə yüksəldiyi üçün yeni baş məşqçi axtarışındadı. Matc.az xəbər verir ki, federasiya 70 yaşlı Jan-Lui Qası bu vəzifədən uzaqlaşdırıb.
Rəhbərlik komanda ilə işləmək üçün Herve Renarı cəlb etmək istəyir. Fransanın qadınlardan ibarət yığması ilə 2024-cü ilin yayına qədər müqaviləsi olduğu üçün afrikalılar mütəxəssisi icarəyə götürməyi planlaşdırırlar.
Fil Dişi Sahili yanvarın 29-da Afrika Kubokunun 1/8 finalında Seneqalla qarşılaşacaq.
Qrup mərhələsində Qvineya-Bissauya qalib gələn (2:0) komanda daha sonra Nigeriya (0:1) və Ekvatorial Qvineyaya (0:4) məğlub olub.